Icma.az, Bakivaxti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyənin Ağrı vilayətinin Doğubəyazıd rayonunda əsrlərdir Nuhun gəmisi ilə əlaqələndirilən sirli bir məkan var. Ağrı dağı Milli Parkı ərazisində- Telçeker və Üzəngili kəndləri arasında yerləşən gəmi formasındakı təbii quruluş yerli əhali və ziyarətçilər arasında “Nuhun gəmisi” kimi tanınır.
Türkiyədə Nuhun gəmisi ilə bağlı rəvayət və tarixi izlərin araşdırıldığı ərazilər turistlərin daim maraq göstərdiyi məkanlardan biridir. Burada ziyarətçilərin məlumatlandırılması məqsədilə Türkiyə Cümhuriyyəti Kənd Təsərrüfatı və Meşə Nazirliyi Təbiəti Mühafizə və Milli Parklar Baş İdarəsi “Nuhun Gəmisi Tanıtım Birimi Mərkəzi" fəaliyyət göstərir.
Mərkəzin rəsmisi Nuri Sarıhan Bakıvaxtı.az-a bildirib ki, əsas məqsəd Nuhun gəmisi ilə bağlı bölgədə mövcud olan tarixi, coğrafi və mədəni məlumatları ziyarətçilərə çatdırmaqdır.
Onun sözlərinə görə, mərkəzə gələnlər burada Nuhun gəmisi haqqında müxtəlif məlumatlarla tanış olmaq, ərazi ilə bağlı araşdırmalar və rəvayətlər barədə məlumat əldə etmək imkanı qazanırlar.
"Nuhun gəmisi ilə bağlı ərazi həm tarixi-mədəni, həm də turizm baxımından xüsusi maraq doğurur. Bu səbəbdən mərkəz bölgəyə gələn yerli və xarici turistlər üçün mühüm məlumatlandırma məkanı kimi fəaliyyət göstərir", - Nuri Sarıhan qeyd edib.
Rəvayətə görə, böyük tufandan sonra sular çəkilərkən Nuh peyğəmbərin gəmisi Ağrı dağları ərazisində quruya oturub. Bu inanc zaman keçdikcə bölgənin mədəni və dini yaddaşının bir hissəsinə çevrilib.
Maraqlıdır ki, ərazidəki quruluş həqiqətən də uzaqdan baxdıqda nəhəng gəmini xatırladır. Türkiyənin rəsmi Mədəniyyət Portalında onun təxminən 165 metr uzunluğunda, 50 metr enində və 13 metr hündürlüyündə olduğu göstərilir. Məkan təbii və mədəni irs obyekti qorunur.
Qeyd edək ki, bu obyekt ilk dəfə 1959-cu ildə