Icma.az, Cebheinfo saytına istinadən bildirir.
“Ağrıkəsicilərdən uzunmüddətli və nəzarətsiz istifadə müxtəlif orqan və sistemlərə ciddi mənfi təsirlər göstərə bilər.
Qəbul edilən dərman dozasının aşılması və uzunmüddətli istifadəsinin bir sıra fəsadlar yaratması mümkündür”.
“Cebheinfo.az” xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun terapevti Vüsalə Məmmədova bildirib.
O qeyd edib ki, bu hal qaraciyərdə toksik zədələnməyə, ağır hallarda isə kəskin qaraciyər çatışmazlığına gətirib çıxara bilər:
“Məsələn, mədəyə qıcıqlandırıcı təsir göstərir. Əgər xora varsa, qanama riski yaradır. Həmçinin, qaraciyər və böyrək funksiyalarına neqativ təsir göstərir. Opioid tərkibli ağrıkəsicilər asılılıq, tənəffüsün ləngiməsi və psixoloji problemlər riski daşıyır.
Ağrıkəsici ağrını kəsir, amma səbəbi müalicə etmir. Ağrıkəsicilərin tez-tez istifadəsi dərman mənşəli baş ağrısı sindromunun inkişafına səbəb ola bilər”.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin