Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır. "TikTok"-da yaşlı insanların canlı yayım açaraq oynaması psixoloji müdafiə mexanizmi i
Bu sözləri sosial psixoloq İlhamə Mustafayeva “Cebheinfo.az”-a açıqlamasında deyib.
O, həm də bunu psixoloji problem adlandırıb: "Yaşlı insanların “TikTok” sosial şəbəkəsində bu cür paylaşımlar etməsi çox ciddi məsələdir.
Ola bilər ki, bəziləri maddi baxımdan sosial rifahını yaxşılaşdırmaq üçün buna əl atırlar.
Yəni, tanınmaq və pul qazanmaq üçün TikTok”-dakı paylaşımlarında, canlı yayımlarında rəqs edirlər.
Hər şeyin birmənalı olmadığı üçün bu nüanslara da fikir verməliyik".
Həmsöhbətimiz qeyd edib ki, ağsaqqal və ağbirçək insanların sosial şəbəkələrdə rəqs etməsi reqressiya adlanan psixoloji müdafiə mexanizmi ilə bağlıdır: "Yəni, bəzi yaşlı insanlar özlərini gənclərlə eyniləşdirmək istəyirlər.
Onlar da sosial şəbəkələrdə özlərini təbliğ etməyə həvəs göstərirlər. Bəzi yaşlı insanlar ibrətamiz nələrsə paylaşırlar.