Ağstafa müəllimlərinin maraqlı tədbiri

25.11.2025

525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Cəmiyyətimizdə geniş miqyasda əsasən tələbə və şagirdlər arasında keçirildiyini müşahidə etdiyimiz eridisiya və bilik yarışlarının davamlı estafetindən Ağstafanın pedaqoji heyəti də geri qalmaq istəmədiyini nümayiş etdirib. Rayonun orta məktəblərinin  müəllimlərdən ibarət komandalarının intellektual yarışları böyük maraq doğurub.

Tədbir “Konstitusiya və  Suverenlik İli” ilə bağlı Ağstafa Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz  Regional Təhsil İdarəsinin Ağstafa rayonu üzrə Təhsil Sektoru və “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə  Həsənsu kənd tam orta məktəbin idman salonunda baş tutub.

Tədbirin gedişi zamanı sözügedən qoruğun  ərazisindən aşkarlanmış maddi-mədəniyyət nümunələrindən və bu artefaktlara aid nəşrlər və digər çap məhsullarından  ibarət  sərgi də nümayiş olunub.

Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov da iştirak edib. O, çıxışı zamanı müəllimlərin bu maraqlı görüşünə uğur arzularını çatdırıb və “Konstitusiya və  Suverenlik İli” ilə bağlı bu yarışın mövzularının dövlətimiz və cəmiyyətimizlə bağlı yüksək amallara həsr olunduğunu təqdirəlayiq hal kimi qiymətləndirib. 

Rayonun 31 ümumtəhsil müəssisəsinin pedaqoqlarından ibarət komandaları arasında keçirilən və məktəblilərin də öz müəllimlərinin uğurlu çıxışlarını diqqətlə izlədikləri  yarışın əsas qayəsi dövlətçiliyimiz, tariximiz, mədəniyyətimiz və mənəvi dəyərlərimizin təbliği olub.
Münsiflər heyətinin qiymətləndirilmələrinin yekunları üzrə Vətən Müharibəsi Qəhrəmanı Azər Yusifli adına Böyük Kəsik tam orta məktəbinin  “Zəngilan” komandası 1-ci, Poylu kənd tam orta məktəbinin “Qarabağ” komandası 2-ci, Poylu qəsəbə tam orta məktəbinin təmsil olunduğu “Qızılhacılı” komandası isə 3-cü yerlərə layiq görülüblər.

Zakir Muradov,

Ağstafa-Gəncə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью