Ağstafa rayonunda üç uşaq anası itkin düşüb: Qızılları da aparıb

26.11.2025

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Ağstafa rayonunda üç uşaq anası itkin düşüb.

Rayonun Dağkəsəmən kənd sakini Nərgiz Pənah qızı Heydərova yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

"Cebheinfo.az" xəbər verir  ki, qadının qayınanası Aidə Heydərova məsələ ilə bağlı Baku TV-yə açıqlama verib.

Onun sözlərinə görə, 35 yaşlı gəlini öz qızı ilə yola getmədiyini bəhanə edərək evi tərk edib:

"Qızı ilə dalaşmağa başlamışdı. Mən də dedim ki, belə etmə. Sən demə evdən getməyə hazırlaşıbmış, bu məsələ sadəcə bəhanə imiş. Paltarını geyinib getdi. Sonra öyrəndim ki, qızılları da aparıb. Daha sonra polislə qayıtdı. Dedim ki, mənə belə gəlin lazım deyil".

Qonşusu Dostu İsmayılovanın evində qalan Nərgiz ona deyib ki, qayınanası tərəfindən döyülüb və öz qardaşıgilə gedəcək. Lakin bu günə ondan xəbər yoxdur.

Daha ətraflı videomaterialda:

Fotoda itkin düşən Nərgiz Heydərova

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью