Ağstafa sakini bıçaqlandı

06.08.2025

Icma.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Vurğun qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 1992-ci il təvəllüdlü E.Əlizadə bud nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona tibbi yardım göstərilib. Vəziyyətinin kafi olduğu bildirilir. Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью