Ağstafa sakinləri dəhşət yaşadı VİDEO

09.07.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Güclü yağışlar Ağstafa rayonunun Köçvəlili kəndində bir sıra fəsadlar törədib.
Bizim.Media xəbər verir ki, Baku TV-nin məlumatına görə, yaşayış evləri su altında qalıb, təsərrüfatlara ciddi ziyan dəyib.
Sakinlərin sözlərinə görə, gecə saatlarında başlayan intensiv yağıntı səhərədək davam edib.
"Zirzəmimiz suyun içindədir. Toyuq-cücənin hamısı boğulub. Bu yaşıma qədər belə şey görməmişəm", - deyə zərərçəkənlərdən biri bildirib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) canlı qüvvəsi və xüsusi texnikası cəlb edilib. Hazırda sel sularının çəkilməsi və alternativ istiqamətə yönləndirilməsi istiqamətində işlər aparılır.

Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью