Ağstafa və Tovuzun meşə sahələrində 4 mindən çox ağac əkilib | Icma.az
Icma.az, Report.az portalına istinadən məlumat yayır. Bu gün Ağstafa və Tovuz rayonlarının meşə sahələrində ümumilikdə 4 mindən çox ağac əki
Bu barədə "Report"a Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin rəisi Ramik Əşrəfov bildirib.
Onun sözlərinə görə, meşəbərpa tədbirlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Ağstafa Rayon İcra Hakimiyyətinin rəsmiləri, Meşələrin İnkişafı Xidmətinin və regional ekologiya idarələrinin əməkdaşları iştirak ediblər.
Əvvəlcə Ağstafa rayonundakı Poylu meşəbəyliyinin 1,2 hektar sahəsində 1500 ədəd Şərq çinarı əkilib: "Daha sonra iştirakçılar Tovuz rayonu ərazisindəki Qovlar meşəbəyliyinin zərərverici və xəstəliklərə yoluxaraq qurumuş şam ağacı meşəliyinin 3 hektarında aparılan meşəbərpa tədbirlərinə qoşulub və 2500-dən artıq Eldar şamı ağacı əkiblər".
R.Əşrəfov vurğulayıb ki, tədbir iştirakçıları həmçinin Qovlar meşəbəyliyi ərazisində əkin materallarının istixana şəraitində yetişdirilməsi üçün yaradılan tingçilik təsərrüfatına baxış keçirib, aparılan işlərlə tanış olub.
Bizim Telegram kanalımıza abunə olun Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Tam oxu
Xəbəri oxu