Ağstafada 20 yaşlı şəxs dəm qazından zəhərlənib

26.05.2025

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ağstafa, 26 may, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafada zəhərlənmə faktı qeydə alınıb.

AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Aşağı Göycəli kəndində baş verib. Kənd sakini, 2005-ci il təvəllüdlü Röya Tağıyeva zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Gənc qadına dərhal yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə R. Tağıyeva yaşadığı evdə dəm qazından zəhərlənib. Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью