Ağstafada 37 yaşlı kişi bıçaqlanıb

11.01.2025

Icma.az, Report.az saytına istinadən bildirir.

Ağstafa rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb.

"Report"un Qərb bürosunun məlumatına görə, Ağstafa rayon sakini, 1988-ci il təvəllüdlü N.Pənahov qarın nahiyəsindən bıçaqlanıb.

O, əvvəl Ağstafa Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Daha sonra Qazax Mərkəzi Rayon Xəstəxanasına göndərilib.

Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bizim WhatsApp kanalımıza abunə olun

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью