Ağstafada 74 yaşlı qadın su quyusuna düşərək ölüb

17.11.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Ağstafada bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yenigün kəndində qeydə alınıb. Kənd sakini 74 yaşlı G. Qəhrəmanova yaşadığı evdə su quyusuna düşərək ölüb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью