Ağstafada ağır qəza ölən var

21.12.2024

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağstafa rayonunda 19 yaşlı gəncin ölümü ilə nəticələnən yol qəzası baş verib.

Bakıvaxtı.az xəbər verir ki, Qazax rayon Canallı kəndinin sakini, 1963-cü il təvəllüdlü E. Hacıməmmədov idarə etdiyi “VAZ-21099” markalı avtomobili ilə hərəkətdə olan zaman əks istiqamətdə hərəkət edən 2005-ci il təvəllüdlü Ağstafa rayon Saloğlu qəsəbə sakini R. Sadıxzadənin idarə etdiyi “İJ Planeta 5” markalı motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü R.Sadıxzadə hadisə yerində ölüb.

Faktla bağlı Ağstafa RPŞ-də CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью