Ağstafada ağır yol qəzası; Nəvə öldü, baba yaralandı

14.11.2024

Avtosfer portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Araba ilə hərəkətdə olan baba və nəvəsini avtomobil vurub.

Qəza nəticəsində 1972-ci il təvəllüdlü Ə.İsmayılov xəsarət alıb, nəvəsi 2018-ci il təvəllüldü Ə.T isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью