Ağstafada avtomobil motosikletlə toqquşub, ölən var

21.12.2024

Icma.az, Report.az portalına istinadən məlumat verir.

Ağstafada avtomobil motosikletlə toqquşub.

"Report"un xəbərinə görə, 1963-cu il təvəllüdlü Hacıməmmədov Elşad Əmirastan oğlu idarə etdiyi “VAZ-21099” markalı avtomobili ilə 2005-ci il təvəllüdlü Sadıxzadə Ruhin Veyis oğlunun idarə etdiyi “İJ Planeta 5” markalı motosikletlə toqquşub.

Nəticədə motosikletin sürücüsü R.Sadıxzadə hadisə yerində ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью