Ağstafada avtomobil piyadanı vurub öldürdü

09.11.2024

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.

Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakupost.az -ın məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü Rəşad Mehdiyevi avtomobil vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью