Ağstafada avtomobilin vurduğu piyada öldü

09.11.2024

Qafqazinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Muğanlı kəndində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən 1985-ci il təvəllüdlü Rəşad Mehdiyevi avtomobil vurub.

Piyada aldığı xəsarətdən hadisə yerində keçinib.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью