Ağstafada canavarlar 50 baş qoyunu parçaladı

25.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Ağstafada canavarlar fermerin qoyunlarını parçalayıb.

Axar.az xəbər verir ki, hadisə rayonun Tatlı kəndində baş verib.

Heyvandarlıqla məşğul olan Elsevər Məmmədovun fermasına hücum edən yırtıcılar təsərrüfatda olan 80-nə yaxın xırdabuynuzlu heyvanın 50 başını parçalayıb.

Canavarlar 3 baş qoyunu tam yeyiblər, digərlərini öldürüb və yaralayıblar.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью