Ağstafada dəhşətli hadisə: Ölən var

20.09.2026

Dogru.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağstafada ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Doğru.az yerli bürosunun məlumatına görə, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb.

Kənd sakini, 64 yaşlı M. Quliyevanı yaşadığı evin hamam otağında çimərkən elektrik cərəyanı vurub. Qadın hadisə yerində ölüb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar. İlkin məlumata görə, hadisə ehtiyatsızlıq nəticəsində baş verib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Ağstafa, Qaçaq Kərəm, bədbəxt hadisə, elektrik cərəyanı (Apa.az)

DOĞRU.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью