Ağstafada ər 18 yaşlı arvadının başını kəsib AĞIR CƏZA VERİLDİ | Icma.az
Icma.az bildirir, Oxu.az portalına istinadən. Gəncə Ağır Cinayətlər Məhkəməsində 18 yaşlı arvadının başını kəsərək qətlə yetirməkdə təqsirlə
Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Qədimov 16 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Ağstafa rayonunun Ağstafa şəhəri, O.Sarıvəlli küçəsində baş verib.
2001-ci il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı olan İ.Qədimov 2023-cü ildə Mədinə Qədimova ilə ailə həyatı qurub.
Onların birgə nikahdan bir qızları olandan sonra ailədə gəlinlə qayınana arasında mübahisə yaranıb.
M.Qədimovanın atası mübahisəni sakitləşdirmək üçün qızını qarşılıqlı razılıq əsasında evinə aparıb.
40 gündən sonra İ.Qədimov həyat yoldaşı və uşağını evinə gətirib.
Təxminən dörd aydan sonra Mədinənin əmisi rəhmətə getdiyi üçün qadın yas mərasiminə getsə də, evinə qayıtmayıb.
Tam oxu
Xəbəri oxu