Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Gəncə Ağır Cinayətlər Məhkəməsində 18 yaşlı arvadının başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən İlyas Qədimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə İ.Qədimov 16 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Ağstafa rayonunun Ağstafa şəhəri, O.Sarıvəlli küçəsində baş verib.
2001-ci il təvəllüdlü, Vətən müharibəsi iştirakçısı olan İ.Qədimov 2023-cü ildə Mədinə Qədimova ilə ailə həyatı qurub.
Onların birgə nikahdan bir qızları olandan sonra ailədə gəlinlə qayınana arasında mübahisə yaranıb.
M.Qədimovanın atası mübahisəni sakitləşdirmək üçün qızını qarşılıqlı razılıq əsasında evinə aparıb.