Ağstafada ev yandı, mənzil sahibinin meyiti aşkarlandı

16.06.2026

Moderator.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağstafa rayonunda evdə yanğın baş verib.

Hadisə rayonun Xətai kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü E.Əliyevin yaşadığı evdə yanğın baş verib. Yanğın söndürüləndən sonra 51 yaşlı ev sahibinin meyiti otaqlardan birində aşkarlanıb.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.

İlkin ehtimala görə, ev qısaqapanma nəticəsində yanıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır. /Oxu.az/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью