Ağstafada evdə kişi meyiti tapılıb

16.06.2026

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağstafada evdə meyit tapılıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Xətai kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1975-ci il təvəllüdlü 51 yaşlı E.Əliyevin meyiti yaşadığı evdə aşkarlanıb.

Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün səbəbi məlum deyil.

Mərhumun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Potoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью