Ağstafada evdə yanğın: ölən var

16.06.2026

Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ağstafa sakininin yaşadığı evin zirzəmisində yanmış vəziyyətdə meyiti aşkar tapılıb.

Axar.az xəbər verir ki, hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb.

Bu gün səhər saatlarında kənd sakini 1975-ci il təvəllüdlü Elman Əliyevin yaşadığı evin zirzəmisində yanğın baş verib.

Müdaxilə nəticəsində alov söndürülüb. Lakin ev sahibini xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb edilib.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda araşdırma başlanılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью