Ağstafada evdə yanğın olub

05.12.2024

Icma.az bildirir, Ayna saytına əsaslanaraq.

Hadisə zamanı bir nəfər xəsarət alıb

Ağstafada fərdi yaşayış evində yanğın baş verib. AYNA xəbər verir ki, hadisə rayonun Poylu kəndində qeydə alınıb.

Evin qonaq otağında olan paltarlar qaz sobasının üzərinə düşüb və yanğın olub.

Dərhal əraziyə FHN-in əməkdaşları cəlb olunub. Yanğın söndürülüb, digər ərazilərə keçməsinin qarşısı alınıb.

Hadisə zamanı 1969-cu il təvəllüdlü S.Qasımova yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью