Ağstafada faciə: Evin zirzəmisində yanmış meyit tapıldı VİDEO

16.06.2026

Icma.az bildirir, Yenisabah portalına istinadən.

Ağstafa rayonunda yanmış meyit tapılıb. Hadisə rayonun Qaçaq Kərəm kəndində qeydə alınıb. 51 yaşlı kənd sakini Elman Əliyevin meyiti yaşadığı evin zirzəmisində aşkar edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib.

Mərhumun yaxınlarının sözlərinə görə, Elman Əliyev spirtli içki aludəçisi idi və bəzən bağda və ya evin zirzəmisində gecələyirdi. Marqarita pizza

"İçki içən adam idi, çox vaxt tibbi spirt qəbul edirdi. Siqaret çəkirdi, ehtimal ki, sərxoş vəziyyətdə olub. Siqaretin külü düşdüyü üçün yanğın başlayıb. O, bunu hiss etməyib və tüstüdən boğularaq ölüb", - deyə mərhumun yaxını bildirib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma başlanılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью