Ağstafada “Fırçaların dili ilə Bütöv Azərbaycan” mövzusunda rəsm sərgisi təşkil olunub

31.05.2025

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ağstafa, 31 may, Ruslan Novruzoğlu, AZƏRTAC

Ağstafa şəhərində Heydər Əliyev adına istirahət parkının ərazisində istedadlı yeniyetmə və gənc rəssamların yaradıcılıq qabiliyyətini daha da inkişaf etdirmək məqsədilə “Fırçaların dili ilə Bütöv Azərbaycan” mövzusunda rəsm sərgisi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyəti, Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi, Ağstafa rayonu üzrə təhsil sektoru və Ağstafa Gənclər Evi sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə ümumilikdə 70-ə yaxın rəsm və əl işi nümayiş etdirilib.

Tədbirdə ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, şahmat, karate və güləş idman növləri üzrə nümunəvi çıxışlar olub. Şəhid və qazilərimizin övladları üçün təşkil olunan çay süfrəsində uşaqların sevimli nağıl qəhrəmanlarının personajları onlarla əylənərək şəkillər çəkdiriblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью