Ağstafada gənc oğlanı maşın vuraraq öldürüb

01.08.2025

Icma.az, Apa.az portalına istinadən məlumatı açıqlayır.

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb.

Hərəkətdə olan avtomobil 2004-cü il təvəllüdlü Elvin Fazıyevi vurub. Gənc oğlan aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib.

Məlumata görə, qəzada ölən piyada bir neçə gün əvvəl hərbi xidmətdən qayıdıbmış.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью