Ağstafada hərbi xidmətdən gələn gənci maşın vurub öldürdü

01.08.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Ağstafada piyadanı maşın vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə rayonunda yerləşən marketlərin birinin qarşısında baş verib. Hərəkətdə olan minik maşını yolu keçmək istəyən piyada, 2004-cü il təvəllüdlü E.Fazıyevi vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Məlumata görə, E.Fazıyev bir neçə gün əvvəl hərbi xidmətdən gəlibmiş.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью