Ağstafada iki maşın toqquşdu Xəsarət alan var

21.11.2024

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Ağstafa şəhərin Hüseyn Arif  küçəsində qeydə alınıb. Rayon sakini Anar Huseynovun  idarəetdiyi "Toyota " ilə  Rəfail Xanlarovun sükanı arxasında olduğu "Mercedes" markalı minik maşınları toqquşub.

Qəza zamanı 1 nəfər yüngül xəsarət alaraq xəstəxanaya yerləşdirilib, yaralıya tibbi yardım edildikdən sonra evə buraxılıb. Hər iki avtomobilə ciddi ziyan dəyib. İlkin etimallara görə qəzaya səbəb avtomobilərdən biri digərinin yoluna çıxması olub. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью