Ağstafada iki maşın toqquşub, xəsarət alanlar var

16.05.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Qıraqkəsəmən kəndindən keçənhissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan iki minik maşını toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью