Ağstafada maşın arabaya çırpılıb, ölən və xəsarət alan var

14.11.2024

Gununsesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağstafada minik maşını arabaya çırpılıb.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb.

Qəza zamanı arabada olan 52 yaşlı Ələmdar İsmayılov və onun 6 yaşlı nəvəsi Əziz Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılardan az yaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью