Ağstafada minə yaxın sərv ağacı əkilib FOTOLAR

15.03.2025

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Ağstafa rayonunda ağacəkmə aksiyası və ümumrayon iməcliyi təşkil olunub. SİA xəbər verir ki, ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və könüllü gənclər iştirak ediblər.

Rayon ərazisində yerli iqlim şəraitinə uyğun minə yaxın sərv ağacı əkilib, yaşıllıqların dibi yumşaldılıb və onlara aqrotexniki qulluq göstərilib. Qurumuş ağaclar çıxarılaraq yeniləri ilə əvəzlənib, həmçinin ağacların suvarılması üçün damla suvarma sistemi qurulub.

Ekoloji aksiyanın təşkilinin başlıca məqsədi yaşıllıq sahələrinin artırılmasının təşviqi, ətraf mühitin mühafizəsi, ekoloji təhlükəsizliyin təmini və iqlim dəyişikliyi ilə mübarizə tədbirlərinə töhfə verməkdən ibarətdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью