Icma.az, Azertag saytına istinadən bildirir.
Ağstafa, 17 mart, AZƏRTAC
Ağstafada qəza olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Ağstafa şəhərinin M.Ə.Rəsulzadə küçəsində baş verib. Hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 1998-ci il təvəllüdlü M.Hüseynov, 2004-cü il təvəllüdü Y.Kazımov və 1999-cu il təvəllüdlü T.Quliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onlara yardım edilib, hazırda xəsarət alanların vəziyyətlərinin orta ağır olduğu bildirilir.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.
Müxbir-Ruslan Əhmədov