Ağstafada minik maşını arabaya çırpıldı Azyaşı həlak oldu

14.11.2024

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağstafada minik maşını arabaya çırpılıb.

“Ölkə.az” xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil at arabası ilə hərəkətdə olan baba və nəvəsini vurub.

Hadisə nəticəsində baba, 1972-ci il təvəllüdlü İsmayılov Ələmdar Haqverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Nəvə, 2018-ci il təvəllüldü Tağıyev Əziz Əvəz oğlunun isə həyatını xilas etmək mümkün olmayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью