Ağstafada minik maşını arabaya çırpıldı Azyaşlı həlak oldu

14.11.2024

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ağstafada minik maşını arabaya çırpılıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı avtomobil at arabası ilə hərəkətdə olan baba və nəvəsini vurub.

Hadisə nəticəsində baba, 1972-ci il təvəllüdlü İsmayılov Ələmdar Haqverdi oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Nəvə, 2018-ci il təvəllüldü Tağıyev Əziz Əvəz oğlunun isə həyatını xilas etmək mümkün olmayıb.

Yunis Quliyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью