Ağstafada ölümlə nəticələnən yol qəzası oldu KONKRET

14.11.2024

Icma.az, Konkret.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

KONKRET.az xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Araba ilə hərəkətdə olan baba və nəvəsini avtomobil vurub.

Qəza nəticəsində 1972-ci il təvəllüdlü Ə.İsmayılov xəsarət alıb, nəvəsi 2018-ci il təvəllüldü Ə.T isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью