Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Ağstafa rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, 1968-ci il təvəllüdlü E.Hüseynov yolu keçmək istəyərkən onu avtomobil vurub.
Yaralı dərhal xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin kafi olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.