Ağstafada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

09.11.2024

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ağstafada piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

Gununsesi.info -nun yerli bürosunun məlumatına görə, hadisə rayonun Böyük-Kəsik kəndində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən piyada, 1985-ci il təvəllüldü R.Mehdiyevi vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью