Ağstafada qadını avtomobil vurub öldürdü

07.08.2025

Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ağstafada piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, Ağstafa-Köçəsgər magistral yolunun 23-cü kilometrliyində 1969-cu il təvəllüdlü Murtuz Abbasov “Kia Sorento” markalı avtomobillə piyada 1995-ci il təvəllüdlü Tağıyeva Rüfanə Ələsgər qızını vurub. Nəticədə piyada aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Ağstafa RPŞ-nin İstintaq Bölməsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью