Ağstafada qəza: 6 yaşlı uşaq öldü

14.11.2024

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Ağstafada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakupost.az -ın məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

Araba ilə hərəkətdə olan baba və nəvəsini avtomobil vurub.

Qəza nəticəsində 1972-ci il təvəllüdlü Ə.İsmayılov xəsarət alıb, nəvəsi 2018-ci il təvəllüldü Ə.T isə hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью