Ağstafada qəza baş verib, sürücü ölüb

23.08.2025

Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağstafada minik maşını aşıb ölən var

Ağstafada ölümlə nəticələn ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Saloğlu qəsəbəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Prado" markalı minik maşını aşıb.

Qəza zamanı 2002-ci il təvəllüdlü A.Məmmədov xəstəxanaya aparılarkən yolda ölüb.

Fakt araşdırılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью