Ağstafada qəza Nəvə öldü, baba yaralandı

14.11.2024

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Ağstafada araba ilə minik maşını toqquşub, ölən və xəsarət alan var.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Köçüəsgər kəndində qeydə alınıb. Belə ki, minik maşını at arabasına  çırpılıb. Qəza zamanı arabada olan baba - 52 yaşlı Ələmdar İsmayılov və onun nəvəsi 6 yaşlı Əziz Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.Yaralılardan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью