Ağstafada QƏZA: Üçüncü kurs tələbəsi həyatını itirdi

29.03.2025

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Ağstafada ölümlə nəticələnən yol qəzası baş verib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xətai kəndi yaxınlığında qeydə alınıb.

"Mercedes-Benz" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə təcili tibbi yardım və FHN-in xilasedici qrupu cəlb olunub. Qəza nəticəsində ölən sürücü 2005-ci il təvəllüdlü Elin Mamayevin meyiti deformasiyaya uğramış avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qəzada ölən E.Mamayevin Bakı Dövlət Universitetinin Qazax filialının üçüncü kurs tələbəsi olduğu bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью