Ağstafada qəza: Xəsarət alan var

22.12.2024

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Qazax rayon sakini 70 yaşlı R.Mehrəliyev idarə etdiyi avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью