Ağstafada qəza Xəsarət alanlar var YENİLƏNİB

08.08.2025

Avtosfer portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ağstafada yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti açıqlanıb.

Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, avqustun 8-i saat 07:10-da Ağstafa rayonu Köçəsgər kəndində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ( biri kişi cinsli, üçü qadın cinsli olmaqla) Ağstafa Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub:

"Hər birinə ilkin zəruri tibbi xidmət göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar".

***09:23

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Kösgər kəndi yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik avtomobili idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı daşa çırpılıb.

Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP-nin əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью