Ağstafada QƏZA: Yaralılar var

12.08.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Ağstafada iki avtomobilin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Hərəkətdə olan iki avtomobil toqquşub.

Qəza zamanı 2007-ci il təvəllüdlü E. Fərəcov, 2007-ci il təvəllüdlü B. Həsənov və 2007-ci il təvəllüdlü T. Məmmədov müxtəlif xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər.

Yaralılara tibbi yardım göstərilib. Hazırda onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью