Icma.az, Unikal.az portalına istinadən məlumat verir.
Ağstafada məktəblilər arasında dava düşüb.
"Unikal"ın məlumatına görə, hadisə mayın 22-si günorta saatlarında rayonun Köçüəsgər kənd 2 saylı tam orta məktəbində baş verib. Məktəbin 8-ci və 9-cu sinif şagirləri arasında dərs vaxtı mübahisə olub və şagirdlərdən birinin qolu sınıb. Qolu sınan məktəbli xəstəxanaya yerləşdirilib, dərhal əməliyyat edilib.
Məlumata görə, insident məktəbdə idman dərsi vaxtı olub.
Baş vermiş hadisə ilə bağlı aidiyyatı qurumlar tərəfindən araşdırma aparılır.
Tural Əhmədov