Icma.az, Cebheinfo portalına istinadən məlumat yayır.
Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndi ərazisində qeydə alınıb.
"Mercedec" və "QAZ 24" markalı minik maşınları toqquşub. Qəza nəticəsində 1959-cu il təvəllüdlü İ.Qarayev, 1957-ci il təvəllüdlü R.Əfəndiyev, 1994-cü il təvəllüdlü N.Qarayeva və 1972-ci il təvəllüdlü Ş.Qarayev xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin