Icma.az, Sia Az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ağstafada ölümlə nəticələn ağır yol qəzası baş verib.
SIA xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili arabaya çırpılıb. Qəza zamanı arabada olan 52 yaşlı Ələmdar İsmayılov və onun nəvəsi 6 yaşlı Əziz Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.