Ağstafada yolnəqliyyat hadisəsi baş verib, ölən və xəsarət alan var AZƏRTAC

14.11.2024

Azertag saytına istinadən Icma.az xəbər verir.

Ağstafa, 14 noyabr, Ruslan Novruzoğlu, AZƏRTAC.

Ağstafada ölümlə nəticələn ağır yol qəzası baş verib.

AZƏRTAC xəbər verir ki, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili arabaya çırpılıb. Qəza zamanı arabada olan 52 yaşlı Ələmdar İsmayılov və onun nəvəsi 6 yaşlı Əziz Tağıyev xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью